Direktorların işə qəbulu müsabiqəsinin NƏTİCƏLƏRİ

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb.

Bildirilib ki, namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib.