Kliçkodan Putinə: Ukrayna ərazisində xarici qoşunlar qəbuledilməzdirsə, evə qayıt

Boks üzrə keçmiş dünya çempionu Vladimir Kliçko Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində xarici qoşunların mövcudluğunun qəbuledilməz olduğu barədə açıqlamasına cavab verib.

Kliçko sosial mediada yazıb: “Əgər Ukrayna ərazisindəki xarici qoşunlar qəbuledilməzdirsə… Yaxşı. Nümunə göstər. Evə qayıt”.

Putin əvvəllər belə bir açıqlama vermişdi: “Ukrayna ərazisində hər hansı bir xarici qoşunların olması bizim üçün tamamilə qəbuledilməzdir. Avropalılar bunu bilirlər. Lakin onlar sülh əldə edilən kimi qoşunlarını Ukraynaya yerləşdirəcəklərini deyirlər. Başqa sözlə, münaqişə yenidən başlayacaq”.