Olmo zədəsini sağaltdı, məşqlərə qayıtdı

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Dani Olmo zədəsini tam sağaldıb.

Bu barədə İspaniyanın “Diario SPORT” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, 27 yaşlı futbolçu bu gün komanda ilə ümumi məşqlərə qoşulub. Onun İspaniya çempionatının növbəti turunda “Vilyarreal”la matça tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, Olmo bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Barselona” – “Vilyarreal” qarşılaşması noyabrın 22-də keçiriləcək.