Bakıda restoranda yanğın söndürüldü

Bakının Binəqədi rayonunda, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür. Əlavə məlumat veriləcək.