Lukaku millidəki karyerasını başa vurdu

"Fənərbağça" klubunun futbolçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub.

33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, milli komandada keçirdiyi 16 ilin möhtəşəm təcrübə olduğunu vurğulayıb.

Lukaku Belçika millisinin azarkeşlərinə təşəkkür edib.

Qeyd edək ki, Romelu Lukaku Belçika millisində debütünü 2010-cu il martın 3-də Xorvatiyaya qarşı keçirib. O, yığmanın heyətində 135 oyunda 94 qol vuraraq komandanın tarixində ən məhsuldar futbolçu olub. Lukaku 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Belçika ilə bürünc medal qazanıb.