Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Restoranın nümayəndəsi Orxan Abdiyev jurnalistlərə açıqlamasında bildirib ki, yanğına səbəb olan manqal olub:
"Manqal aşağıda idi. Ətrafında alışan nəsə yox idi, nəzarət var idi. Sadəcə həmin adam ayrı yerdə olub, bilməyib. Yanan ərazinin dəqiq miqyasını bilmirəm. Xəsarət alan yoxdur".
Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə yanan obyektin restoran olduğu bildirilir.