Tbilisi, 16 noyabr, AZƏRTAC Bakı Dövlət Universitetində gürcü dili tədris olunur. Eyni zamanda, universitetdə Gürcüstanın tarixi və mədəniyyəti də müvafiq proqram çərçivəsində öyrədilir. Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. O, Gürcüstan universitetlərində də analoji işlərin görülməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib. “Bakı Dövlət Universitetinin Qazax şəhərində yerləşən filialının potensialından da bu məsələdə ciddi şəkildə istifadə edə bilərik. Düşünürük ki, bu əməkdaşlıq kifayət qədər uğurlu olacaq və bir-birimizi dəstəkləməklə qısa müddət ərzində uğurlara nail ola bilərik”, - deyə rektor bildirib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi