Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib.
News.am saytının xəbərinə görə, bu barədə Ermənistan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
İşə Sünik Məhkəməsində baxılacaq.
Xatırladaq ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə eyni vaxtda - red.) Azərbaycan əsgəri Nəsimi Musayev Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Şəki (Zəngəzur) kəndi istiqamətində ərazidə naməlum şəraitdə sərhədi keçən hərbçi 2 ay müddətinə həbs edilib.