"Kəpəz" - "Qarabağ" matçının biletləri satışda

Misli premyer-liqasının 12-ci turunda noyabrın 22-də keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

Biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat.

Futbol həvəskarları biletləri həmişəki kimi iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionun kassalarında əldə edə bilərlər.

Rəqibin Azərbaycanın ən titullu klubu statusunu daşıması, həmçinin qarşıdakı matçın "Kəpəz"in 2026-cı ildə son ev oyunu olmasına görə azarkeşlər tərəfindən görüşə maraq həddindən artıq böyükdü. Bu amilləri əsas götürərək, biletləri qabaqcadan əldə etmək tövsiyə olunur.

"Kəpəz" - "Qarabağ" qarşılaşması noyabrın 22-də saat 17.00-da başlanacaq.