ABŞ-də 6 mindən çox aviareys gecikib

ABŞ-də aviadispetçerlərin avadanlıqlarında yaranan problemlər səbəbindən minlərlə sərnişin reyslərin gecikməsi və ləğvi ilə üzləşib.

Bu barədə “FlightAware” ixtisaslaşmış portalı məlumat yayıb.

Məlumata görə, cümə günü ABŞ-də 6 575 aviareys gecikib, daha 334 reys isə ləğv olunub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Federal Aviasiya İdarəsi aviadispetçerlərin avadanlıqlarında yaranan nasazlıqlara görə ölkə ərazisindəki bütün hava limanlarından uçuşları müvəqqəti dayandırmışdı.