ABŞ-nin Federal Aviasiya İdarəsi (FAA) aviadispetçerlərin avadanlığında yaranan problemlər səbəbindən ölkə ərazisindəki bütün hava limanlarından uçuşları dayandırıb.
Bu barədə FAA-nın bildirişində deyilir.
"Uçuşlara qoyulan məhdudiyyət fövqəladə hallar və təhlükəsizlik mülahizələri ilə əlaqədar tətbiq edilib. Bütün hava limanlarında uçuşlara qadağa qoyulub. Bütün yola düşən reyslər sonrakı göstərişlərə qədər hava limanında qalmalıdır", - sənəddə qeyd olunur.
İdarədən izah ediblər ki, bu, uçuşların idarə edilməsi sisteminin işinə təsir göstərən FAA avadanlığının sıradan çıxması ilə əlaqədardır.