ABŞ-ın bütün hava limanlarından uçuşlar dayandırılıb.
Bu barədə ölkənin Federal Aviasiya İdarəsinin (FAA) məlumatında deyilir.
Bildirilib ki, müvafiq qərara səbəb hava hərəkətinin idarəedilməsi ilə bağlı avadanlıqlarda yaranan problemdir:
"Uçuş məhdudiyyətləri fövqəladə hallar və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən tətbiq edilib. Bütün hava limanlarından uçuşlar qadağan edilib. Bütün uçuşa hazırlaşan təyyarələr növbəti göstərişə qədər hava limanında saxlanılmalıdır".