Azərbaycan millisi Lixtenşteyni səfərdə məğlub etdi

UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda keçirilən Lixtenşteyn - Azərbaycan qarşılaşması başa çatıb.

İdman.Biz-ə istinadən, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib.

Vadutsdakı "Raynpark" stadionunda keçirilən görüşün yeganə qolunu 26-cı dəqiqədə Mahir Emreli vurub.

Bununla da Azərbaycan millisi qrupdakı xalını səkkizə çatdırmaqla qrupda birinci yeri tutub.