Bakı, 14 noyabr, AZƏRTAC Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi təşkil olunub.AZƏRTAC xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da keçirilən tədbir Oyunların açılış mərasimindən ən yaddaqalan anları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.Sonra iştirakçı ölkələrin paradı olub. Olimpiya ənənəsinə uyğun olaraq, paradın önündə Yunanıstan komandası yer alıb. Daha sonra digər ölkələrin idmançıları ilə birgə Azərbaycan komandası da paraddan keçib. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı Oyunların gümüş mükafatçıları - boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) daşıyıblar. Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdılar. Tədbir çərçivəsində Oyunların təşkilində iştirak edən könüllülərə minnətdarlıq ifadə olunub. Ardınca Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye çıxış edib. O, yarışların təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, Seneqala gələn qonaqların bu ölkədən xoş təəssüratlarla, yeni dostluq əlaqələri və unudulmaz xatirələrlə ayrılacaqlarına ümidvar olduğunu söyləyib. Təşkilat Komitəsinin rəhbəri Seneqal xalqının nümayəndə heyətlərini böyük hörmət və səmimiyyətlə qarşıladığını vurğulayaraq iştirakçıları gələcəkdə yenidən ölkəsində görmək arzusunu ifadə edib.Sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri çıxış edib. O, ilk növbədə Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiayeyə və onun rəhbərlik etdiyi komandaya son səkkiz il ərzində Oyunların təşkili istiqamətində göstərdikləri gərgin əməyə görə təşəkkür edib. BOK prezidenti könüllülərin və təşkilatçı heyətin xidmətlərini də xüsusi qeyd edərək onların bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçirilməsinə mühüm töhfə verdiklərini bildirib.Kirsti Koventri idmançılara müraciətində Dakar-2026-nın Olimpiya tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Afrika qitəsində ilk dəfə təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edən gənclər tarixi hadisənin bir parçasına çevriliblər. BOK prezidenti son 14 gün ərzində idmançıların qazandıqları təcrübənin, yaşadıqları sevincin və qurduqları dostluqların gələcək həyatlarında mühüm rol oynayacağına əminliyini ifadə edib.O, gəncləri Oyunlarda qazandıqları təcrübədən ilhamlanaraq dünyanı dəyişməyə, daha yaxşı gələcəyin qurulmasına töhfə verməyə çağırıb. Kirsti Koventri idmançıların yalnız öz ölkələri üçün deyil, ailələri və təmsil etdikləri icmalar üçün də nümunə və ilham mənbəyi olduqlarını diqqətə çatdırıb.BOK prezidenti çıxışının sonunda Seneqal xalqına və Dakar sakinlərinə göstərdikləri qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Çıxışlardan sonra Beynəlxalq Olimpiya Komitəsinin rəsmi himni səsləndirilib və Olimpiya bayrağı endirilib. Qeyd edək ki, Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunan Azərbaycan komandası Oyunları 3 qızıl və 3 gümüş medalla başa vurub. Qızıl medalları komandamıza cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (-73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 13-cü yeri tutub. Çin Xalq Respublikasının yığması 18 qızıl, 8 gümüş və 7 bürünc medalla birinci olub. Yaponiya komandası 11 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya yığması isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü yeri tutub.
Bu gün
122 xəbər bu gün
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.Metbuat.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gəlib.Vaduts…
Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə…
Bu gün Millətlər Liqasında seçmə qrup mərhələsinin 5-ci turunun daha 10 oyunu keçirilib. “Football-plus.az” gecənin nəticələrini təqdim edir. A liqası, 2-ci qrup: Serbiya – Almaniya 1:3 (Babiç, 56 – Babiç, 3-öz qapısına…
Müğənni Nigar Camal Bakının İçərişəhər ərazisində yerləşən Mirzə Ələkbər Sabir parkında pişiklərin kütləvi şəkildə zəhərlənməsi ilə bağlı xəbərlərə reaksiya verib. Sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib: "İnsan…
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31)…
Avropa Kosmik Agentliyi (ESA) kainatın genişmiqyaslı strukturunu xəritələşdirmək məqsədilə orbitdə fəaliyyət göstərən “Evklid” teleskopunun missiyası çərçivəsində ilk böyük məlumat…
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radarını vurması ilə bağlı iddiasını təkzib edib. "SEPAH Bəhreyn istiqamətində iki…
Litva İlham Əliyevin Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq təşəbbüsünü dəstəkləyir. Bunu Litva prezidenti Gitanas Nauseda "X" hesabında yazıb. O…
Rusiya dizeli daşıyan bir neçə tanker əvvəlcə ABŞ-yə yollansa da, amerikalı alıcı tapa bilmədiyi üçün istiqamətini dəyişib. Oktyabrın əvvəlində Maliyyə Nazirliyi Rusiya dizelinə qoyulan sanksiyaları müvəqqəti ləğv edib…
Ukraynaya göstərilən hərbi yardım ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı bölmələrinin resurslarını azaldır və onların döyüş hazırlığına mənfi təsir göstərir. Bu barədə Pentaqonun, ABŞ Dövlət Departamentinin və ABŞ…
Diyetoloq və endokrinoloq Anton Polyakovun sözlərinə görə, qəhvənin verdiyi gümrahlıq hissini qida ilə tam əvəz etmək mümkün olmasa da, təsirinə görə ona ən yaxın məhsul acı şokoladdır. Mütəxəssis bu barədə "Praym"…
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub. "Haber Global"a istinadən, saziş Türkiyənin "Resmi…
Bakı, 14 noyabr, AZƏRTAC Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi təşkil olunub.AZƏRTAC xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da…
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib.
Niderland kraliçası Maksima Şimali Brabant əyalətinin Breda şəhərində yerləşən Kral Hərbi Akademiyasında ehtiyatda olan zabit kimi and içib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31)…
Quşlar qışın sərt soyuqlarından qorunmaq üçün qarın altında gizlənir, ağac koğuşlarına sığınır və bir-birinə sıxılaraq gecələyirlər. Bəzi növlər isə soyuq gecələrdə enerjiyə qənaət etmək üçün bədən temperaturlarını…
“Təhsilverənlərin etik davranış Qaydaları”na yeni müddəa əlavə edilib. Bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.Qərara əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın…
Сегодня звезды гороскопа предупреждают, что если в ваших отношениях с кем-то назрели сложности, то в этот день есть риск их усугубить. Чтобы этого не произошло, придется соблюдать повышенную осторожность.
Rahilə Quliyeva
Yeni Orlean limanı yaxınlığında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31)…
Sevgi münasibətlərində xoş niyyət və qayğı hər zaman uğurlu münasibət üçün kifayət etmir. Bəzi insanlar sevmək istəsələr də, emosional yaxınlıq qurmaqda çətinlik çəkir, bəzən isə öz davranışları ilə qarşı tərəfi…
Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms “Uayti” Balcerin (James…
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər…
Noyabrın 13-də Avropa İttifaqı (Aİ) liderləri Dublində süni intellektə (Sİ) həsr olunmuş ilk sammitə toplaşacaqlar. Görüşdə bu sahədə ABŞ və Çinlə rəqabət aparmağın yolları, maliyyələşmə və digər aktual məsələlər…
Polşa NATO-nun Ukrayna üçün ABŞ istehsalı silahların alınmasını nəzərdə tutan PURL proqramına hələlik maliyyə vəsaiti ayırmayacaq. “TVP Info” telekanalının məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk mətbuat…
ABŞ prezidenti Donald Trampın Azərbaycana səfir vəzifəsinə namizəd göstərdiyi Aleksandr Olden barədə son günlər Qərb mediasında bir sıra ittihamlar səslənir. Onlardan biri Oldenin vaxtilə sanksiyalara məruz qalmış…
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. ISNA xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km²…
Vaşinqton, 14 noyabr, AZƏRTAC ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkənin bütün hava limanlarında təyyarələrin havaya qalxmasının müvəqqəti dayandırılması barədə son dərəcə nadir qərar qəbul edib.AZƏRTAC xəbər…
Antalya, 14 noyabr, AZƏRTAC Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının…
Avropa İttifaqının Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna ilə danışıqlarda əsas prioritetləri atəşkəsə nail olunması, təhlükəsizlik zəmanətlərinin formalaşdırılması və Ukraynanın bərpası…
ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində tanker çay kruiz gəmisi ilə toqquşub
Ukraynaya göstərilən hərbi yardım ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı bölmələrinin resurslarını azaldır və onların döyüş hazırlığına mənfi təsir göstərir
Polis Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxlayıb
Avropa İttifaqına (Aİ) daha çox enerji tədarükü, Böyük Britaniya ilə strateji tərəfdaşlıq, Avropa liderləri ilə ikitərəfli görüşlər və Ermənistanla tarixi sülh prosesinin irəlilədilməsi istiqamətində yeni müzakirələr…
Sumqayıtda köhnə və qəzalı binaların sökülməsi ilə bağlı yeni layihənin icrası davam etdirilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesabında İrəvandan yeni video paylaşıb. Paşinyan Antalyadan İrəvana qeyri-adi suvenir gətirib. O, pencəyinin cibində gətirdiyi bananı nümayiş etdirib. Qeyd…
Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması ilə qarşılaşır. Bizim.Media xəbər verir ki, "Reynpark" stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 23:45-də başlayıb. Oyunu Estoniyadan…
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin…
Türkiyəli aktyor Ali Muratın yeni işi bəlli olub.
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Bədii qızı Mehdiyeva vəfat edib. V.Mehdiyeva qəfil dünyasını dəyişib.
Süni intellektlə bağlı təhlükəsizlik risklərinə görə ABŞ-də 5 böyük texnologiya şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb. “Təhlükəsiz Süni İntellekt Alyansı”nın rəhbərlik etdiyi bir qrup qeyri-hökumət təşkilatı…
Федеральное управление гражданской авиации США (FAA) приостановило вылеты самолетов из всех аэропортов страны. Решение связано с проблемами с частотами в национальной системе воздушного пространства (NAS)....