Peru sahillərində zəlzələ baş verib

Sakit okeanda, Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "Report" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 104 km cənubda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.