Sumqayıtda kişi zavodda bıçaqlandı

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Hadisə şəhər ərazisində yerləşən "Azərboru" zavodunda qeydə alınıb.

54 yaşı Bilal Şahgəldiyev bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralı onu bıçaqlayan şəxsi tanımayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.