Sumqayıtda zavodda qanlı hadisə

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Oxu.az-a istinadən, hadisə şəhər ərazisində yerləşən zavodlardan birinin ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Bilal Şahgəldiyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.