Naxçıvan, 13 noyabr, AZƏRTACNaxçıvan Dövlət Universitetinin Mədəniyyət və Konqres Mərkəzində memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans bu gün öz işinə başlayıb.Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfrans Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, eləcə də böyük memarın yubileyinin UNESCO-nun yubileylər proqramında qeyd olunması və ölkəmizdə həyata keçirilən mədəni irsin qorunması siyasəti kontekstində təşkil olunub.Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Büstün önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsinə ehtiram ifadə olunub.Sonra Əcəmi Naxçıvaninin abidəsi ziyarət edilib. Qonaqlar həmçinin “Əcəmi seyrangahı” istirahət kompleksi və Möminə xatun türbəsində olublar. Memar Əcəmiyə həsr olunmuş kitab sərgisi, eləcə də NDU Memarlıq və mühəndislik və İncəsənət fakültələrinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm və memarlıq sərgilərinə baxış keçirilib. Sərgilərdə Əcəmi irsinin zənginliyi, Naxçıvan memarlıq məktəbinin özünəməxsus xüsusiyyətləri və milli-mədəni dəyərlərimiz bədii-estetik şəkildə nümayiş olunub.Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa edilib. Əcəmi Naxçıvani və Nizami Gəncəvinin obrazlarını canlandıran və bu dahilərin yaşadığı dövrü əks edən bədii kompozisiya tədbirə xüsusi rəng qatıb.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli konfransda çıxış edərək Əcəmi Naxçıvaninin zəngin yaradıcılıq irsinin öyrənilməsi, Naxçıvan memarlıq məktəbinin dünya memarlıq tarixindəki yerinin araşdırılması və tarixi-mədəni irsin qorunmasının əhəmiyyətini vurğulayıb.Samir Seyidəhmədli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəminin 850 illik yubileyinin keçirilməsi və Prezident İlham Əliyevin 900 illik yubileylə bağlı Sərəncamı bu irsə dövlət qayğısının bariz təzahürüdür. Səlahiyyətli nümayəndənin müavini abidələrin rəqəmsal sənədləşdirilməsi, bərpa işlərinin elmi əsaslandırılması və tarixi şəhər mühitinin qorunması istiqamətində birgə tədqiqatların əhəmiyyətini vurğulayıb. NDU-nun rektoru Elbrus İsayev öz çıxışında Əcəmi Naxçıvaninin 900 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının və UNESCO tərəfindən beynəlxalq miqyasda anılmasının Azərbaycan memarlıq irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Rektor dahi memarın Azərbaycan və türk-İslam memarlıq tarixindəki mövqeyinə, yaratdığı memarlıq məktəbinin təsir dairəsinə diqqət çəkib. Qeyd edib ki, Əcəminin əsərləri orta əsrlər Azərbaycanında yüksək mühəndislik təfəkkürünün, estetik zövqün və inkişaf etmiş şəhərsalma mədəniyyətinin göstəricisidir. İpək Yolunun Naxçıvanın tarixi-mədəni əlaqələrinin inkişafındakı roluna toxunan Elbrus İsayev Əcəmi irsinin müasir şəhərsalma ənənələri ilə əlaqəli şəkildə öyrənilməsinin vacibliyini qeyd edib.AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında Memar Əcəminin Şərqdə özünəməxsus memarlıq məktəbi yaradan, müxtəlif sənət sahələrini öz yaradıcılığında birləşdirən çoxşaxəli və universal sənətkar olduğunu olduğunu vurğulayıb. Möminə xatun, Yusif ibn Küseyir türbələri kimi nadir memarlıq nümunələrinin onun mühəndislik, nəqqaşlıq və xəttatlıq bacarığının vəhdətini əks etdirdiyini diqqətə çatdırıb.Konfransda iştirak edən Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin direktoru Erich Pummer, Türkiyənin Mimar Sinan Gözəl Sənətlər Universitetinin prorektoru, professor Nezih Recep Aysel və Çinin Anhui Jianzhu Universitetinin professoru Lei Zhang çıxışlarında Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki mövqeyindən, Naxçıvan memarlıq məktəbinin bəşəri irsə verdiyi töhfələrdən və tarixi abidələrin qorunmasının əhəmiyyətindən bəhs ediblər. Qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirərək elmi müzakirələrin Əcəmi irsinin daha dərindən araşdırılmasına, memarlıq tarixinin öyrənilməsinə və bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.Tədbir çərçivəsində Naxçıvan Televiziyası tərəfindən hazırlanmış Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarx nümayiş olunub.Sonra NDU rektoru Elbrus İsayev tərəfindən tədbirin tərəfdaş qurum rəhbərlərinə və dəvətli qonaqlara təşəkkür plaketləri təqdim olunub.Konfransın bədii hissəsində NDU-nun müəllimi Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli və NDU nəzdində Musiqi Kollecinin müəllimi Hüseyn Mürsəlovun bədii rəhbərliyi ilə universitetdə yeni yaradılmış Qədim Xalq Çalğı Alətləri Ansamblının ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq elmi konfransda elmi müzakirələr 6 zalda 3 panel və 7 bölmə üzrə aparılacaq. Təqdim olunan tədqiqat materialları 16-sı yerli, 9-u isə xarici olmaqla, ümumilikdə, 25 elm və təhsil müəssisəsini əhatə edir. Müxbir- Nail Əsgərov
Bu gün
3789 xəbər bu gün
Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa…
Azərbaycanda 2028-ci ildə Avropa Siyasi Birliyi (ASB) sammitinin keçirilməsi mühüm hadisə, ümumavropa əməkdaşlıq və təhlükəsizliyinə töhfə olacaq. Bu barədə Dublində Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib…
Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında "İstehlakçının Qorunması, Bazar Nəzarəti və Yoxlanışı Sahələrində Əməkdaşlığa Dair Anlaşma…
Bakı, 13 noyabr, AZƏRTAC BMT-nin Baş katibi Antonio Quterreş COP31 iqlim sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında vida nitqi söyləyib. AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Baş katib bildirib…
Bakı, 13 noyabr, AZƏRTAC Bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyi…
Portuqaliya millisi UEFA Millətlər Liqasının 5-ci turunda Danimarka ilə qarşılaşmadan əvvəl Kriştiano Ronaldonun şərəfinə vida mərasimi təşkil edəcək.
ABŞ və Çindən olan alimlər almanın qabığında sinir sisteminin bərpasını sürətləndirə bilən təbii maddə aşkar ediblər. Tədqiqatçılar hesab edirlər ki, malol turşusu gələcəkdə dağınıq sklerozun müalicəsində perspektivli…
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Oxu.az-a istinadən, hadisə şəhər ərazisində yerləşən zavodlardan birinin ərazisində qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü Bilal Şahgəldiyev tanımadığı şəxs…
Sumqayıtda bıçaqlanma hadisəsi olub. Hadisə şəhər ərazisində yerləşən "Azərboru" zavodunda qeydə alınıb. 54 yaşı Bilal Şahgəldiyev bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralı onu bıçaqlayan…
ABŞ-ın baş prokuroru və ədliyyə naziri Todd Blanş son bir neçə aydır ölkənin paytaxt dairəsində yerləşən hərbi bazanın ərazisində yaşayır. Bu barədə “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Telekanal…
“Fənərbaxça” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün “Şaxtyor Donetsk”in futbolçusu Marlon Qomesi transfer etmək istəyir. İstanbul təmsilçisinin baş məşqçisi Emre Belözoğlu braziliyalı…
21 yaşadək futbolçulardan ibarət millimiz iki yoxlama oyunu keçirəcək. Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv sabah və noyabrın 17-də saat 17.00-da Omanın U-23 milli komandası ilə üz-üzə gələcək. “Bank Respublika…
Məlum olduğu kimi, avqustun əvvəlində isti hava şəraiti və ot örtüyünün həddən artıq yüklənməsi səbəbindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun meydançası sıradan çıxmışdı. İlk vaxtlar kiçik problem kimi…
Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin III…
Yəməndə davam edən qarşıdurmalar və təhlükəsizliyin pisləşməsi səbəbilə 340 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bu, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) mövzu ilə bağlı açıqlamasında öz…
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Sfera.az -a verilən məlumata görə…
“Mançester Yunayted” argentinalı mütəxəssis Maurisio Poçettinonun komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2029-cu...
Polşa gələn ilin yanvar ayında Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır.
Yəməndə davam edən qarşıdurmalar və təhlükəsizliyin pisləşməsi səbəbilə 340 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə “Geri çəkilən…
"Microsoft"un bir sıra xidmətlərində qlobal miqyasda texniki problemlər qeydə alınıb. Müxtəlif ölkələrdə istifadəçilər Outlook, Teams, süni intellekt əsaslı səs köməkçisi Copilot və Microsoft 365 xidmətlərinin…
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə "Geri çəkilən…
Bakı. Trend: “Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola ABŞ milli futbol komandasının sükanı arxasına keçə bilər. ABŞ Futbol Federasiyası gələn həftə ispaniyalı mütəxəssislə ilkin…
На территории площадки зарегистрировано 46 резидентов.
В рамках 31-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP31) состоялось мероприятие «Отступающее море: климат, природа и люди в Каспийском регионе». Мероприятие...
Суд разрешил Министерству юстиции США изъять криптовалюты на сумму 1,2 миллиарда долларов, украденные у биржи Binance. Об этом сообщает пресс-служба суда, передает Day.Az со ссылкой на Lenta.ru. Украденные у криптобиржи…
Cari ildə dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində birinci rüb üzrə 10, ikinci rüb üzrə isə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb. Hazırda daha 35 müəssisənin…
В рамках 31-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP31) при партнерстве Общественного объединения IDEA и Международного союза охраны природы (IUCN) было организовано мероприятие на…
Министерство внутренних дел Азербайджана опубликовало видеозапись тяжелого ДТП, произошедшего в Баку в нескольких метрах от подземного пешеходного перехода. Причиной трагедии стал неправильный выбор пешехода.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə "Geri çəkilən…
Mərkəzi Komandanlıq
Stüart Vud
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib.
Sakit okeanda, Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə "Report" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanların episentri təxminən 246 min…
Avropa İttifaqı (Aİ) liderləri Dublindəki sammitdə Rusiya ilə ekspert danışıqlarında iştirak edəcək nümayəndə heyətini razılaşdırıblar. Bu barədə "Agence France-Presse" (AFP) Avropa mənbəsinə istinadən məlumat yayıb…
Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin III…
Azərbaycan Antalyada COP31-in ilk həftəsində ortaq iqlim prioritetləri barədə fikir mübadiləsi aparmaq, tərəfdaşlıqları gücləndirmək və praktiki əməkdaşlığı inkişaf etdirmək üçün məhsuldar ikitərəfli görüşlər keçirib. Bu…
Bakı, 13 noyabr, AZƏRTAC Azərbaycanda geoloji irsin qorunması və geoturizmin inkişafı məqsədilə yaradılacaq Geoloji park layihəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyəti dövlət qurumlarının…
Bakı, 13 noyabr, AZƏRTAC İraq neft qaçaqmalçılığı və oğurluğu ilə mübarizə aparmaq, neft yataqlarında təhlükəsizliyi gücləndirmək üçün əlavə tədbirlərlə yanaşı, neft boru kəməri şəbəkəsini qorumaq üçün ixtisaslaşmış…
Bakı, 13 noyabr, AZƏRTAC Bu gün Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari…
Naxçıvan, 13 noyabr, AZƏRTACNaxçıvan Dövlət Universitetinin Mədəniyyət və Konqres Mərkəzində memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Əcəmi 900…
Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb.
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb. Bu barədə Tribuna.az-a Daxili İşlər Nazirliyinin mətbuat…