Azərbaycan Antalyada COP31-in ilk həftəsində ortaq iqlim prioritetləri barədə fikir mübadiləsi aparmaq, tərəfdaşlıqları gücləndirmək və praktiki əməkdaşlığı inkişaf etdirmək üçün məhsuldar ikitərəfli görüşlər keçirib.
Bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.
"Bakıda keçirilən COP29-un nəticələrinə əsaslanaraq, müzakirələrimiz iqlim öhdəliklərinin təcrübədə necə tətbiq edilməsi və icra istiqamətində dinamikanın qorunub saxlanılması məsələlərinə yönəlib", - o bildirib.
X paylaşımıDuring the first week of COP31 in Antalya, we held productive bilateral meetings to exchange views on shared climate priorities, strengthen partnerships and advance practical cooperation. Building on the outcomes of COP29 in Baku, our discussions focused on how to put climate commitments into practice and sustain momentum on implementation. #COP29 #COP31 #ClimateActionx.com/Mukhtar_Babayev/status/2121295870876635584