İran: Hörmüz boğazında qaz tankeri minaya düşərək partladı

Hörmüz boğazının şərqində mayeləşdirilmiş təbii qaz daşıyan tanker dəniz minasına dəydikdən sonra partlayıb.

Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəmi “icazəsiz və təhlükəli cənub marşrutu” ilə hərəkət etməyə çalışarkən minaya düşüb və güclü partlayış baş verib.