Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) yeni tərkibinin ilk iclası keçirilib.
Toplantını giriş sözü ilə açan komissiya üzvü Rey Kərimoğlu gündəlik barədə məlumat verib.
O bildirib ki, ölkə jurnalistlərinin bu il keçirilmiş IX qurultayında NTK-nın 5 nəfərdən ibarət tərkibi seçilib.
Şuranın Nizamnaməsinə əsasən qurumun sədri və katibi müəyyənləşib.
Rey Kərimoğlu yenidən NTK-nın sədri, Nadir İsmayılov isə katibi seçilib.