Bakı, 13 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Gənclər Fondunun və Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində insanyönümlü şəhərlər mövzusunda keçirilən hakatonların əsas məqsədi gənclərin məhz insanyönümlü şəhər ideyasına, ideologiyasına yaxınlaşmaları, bunu gündəlik həyatlarında təbliğ etmələri, eyni zamanda, bir-birini tanımayan gənclərin bir ideyadan yola çıxaraq komanda olmaları və üç gün ərzində problemi müəyyənləşdirərək onu layihə şəklində təqdim etmələridir. Əsas nəqsədimiz gənclərə məhz bunu aşılamaq idi.AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev fondun və Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən hakatonun mükafatlandırma mərasimində jurnalistlərə açıqlaması zamanı bildirib. O deyib ki, ümumilikdə üç gün ərzində təşkil olunan hakatona 500-dən artıq gənc müraciət edib və 95 komanda ilkin qeydiyyatdan keçib: “Bu gün final mərhələsinə 10 komanda yüksəldi. İnanırıq ki, gənclərimiz ən azı həm bu layihələri ilə, həm bundan sonrakı fəaliyyətlərində uğur qazana biləcəklər”. Müxbir Nailə Həsənova Foto-Xanlar Əlizadə