Ermənistanın Lori vilayətinin Tumanyan icmasında qazdoldurma məntəqəsində partlayış baş verib.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə saat 10:35 radələrində baş verib.
Hadisə yerinə dörd yanğın-xilasetmə briqadası göndərilib. Partlayış avtomobillərə qaz doldurma məntəqəsinin ərazisində yerləşən kompressor sistemində baş verib. Nəticədə bina qismən uçub. Xəsarət alan olmayıb. Yanğın söndürülüb.