“Müəllimlərin əməkhaqqısı ən çox müzakirə olunan məsələlərdəndir”.
Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, müəllimlərimizin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir”, - deyə nazir müavini bildirib.