“Real Madrid” klubu Arda Gülerle yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyib.
21 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisinin ona illik 8 milyon avro maaş nəzərdə tutan təklifini qəbul etməyib. İddialara görə, gənc futbolçunun xidmətində Fransa nəhəngi PSJ də maraqlıdır. Paris klubunun Ardanın transferi üçün 200 milyon avro ödəməyə, futbolçuya isə illik 22 milyon avro məvacib verməyə hazır olduğu bildirilir.
Bu təklifdən sonra “Real Madrid” rəhbərliyinin Gülerə daha yüksək maaşla yeni müqavilə təqdim edəcəyi gözlənilir.