Möhtərəm cənab Prezident,
Sizi 8 Noyabr- Zəfər Günü münasibətilə şəxsən öz adımdan, «Yeni Baxış İctimai Nəzarət» Şəki təşkilatı adından səmimi qəlbdən təbrik edirəm.
Sizin qətiyyətli rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan xalqı tariximizdə misli görünməmiş böyük bir Qələbəyə imza atdı.
2020-cı ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir.
44 günlük Vətən müharibəsində yazılan qəhrəmanlıq salnaməsi və əldə olunan Qələbə Azərbaycan xalqının qəlbində daim yaşayacaq və gələcək nəsillər üçün qürur və örnək mənbəyi olacaqdır.
Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə isə möhkəm cansağlığı arzulayıram.
Bu möhtəşəm Qələbəni bizə bəxş etdiyinizə görə Sizə minnətdarıq. Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, xalqımıza isə əmin-amanlıq arzulayıram.
Var olasınız cənab Prezident!
Dərin hörmətlə,
İmamov İsmayıl, «Yeni Baxış» ictimai Nəzarət Təşkilatının Şəki Rayonu üzrə sədri
Azərbaycan Respublikası, Şəki şəhəri