Monteneqro Prezidenti Azərbaycana səfər etmək planları barədə bildirib

Azərbaycana səfər gündəmdədir və tərəflər səfərin təşkili üzərində işləyirlər.

Bu barədə "Report"a Monteneqro Prezidenti Yakov Milatoviç Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində bildirib.

"Hazırda mənim administrasiyam və Azərbaycan Prezidentinin administrasiyası bu məsələni müzakirə edir. Səfərin tarixini razılaşdırırıq", - o qeyd edib.