Qırğızıstanda seçkilər ərəfəsində ölkənin cənubunda qırğızlarla özbəklər arasında xalqlararası münaqişənin qızışdırılmasına cəhd edilə bilər.
Bu barədə prezident Sadır Japarovun mətbuat xidməti tərəfindən noyabrın 12-də dərc olunan müraciətində bildirilib.
"Özbəklərlə qırğızlar arasında münaqişəni qızışdırmaq üçün insanların hisslərinə təsir edən və onların milli qüruruna toxunan yalan şayiələr yaymaq kifayət edir", - deyə o qeyd edib.
Japarov vətəndaşları təxribatlara uymamağa və yoxlanılmamış məlumatları yaymamağa çağırıb. O, 1990 və 2010-cu illərdə baş vermiş faciəli hadisələri xatırladıb.