Naxçıvan, 12 noyabr, AZƏRTAC Naxçıvan şəhərinin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında şəxsin donmuş bədəni aşkarlanıb.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Rəşid Nizami oğlu xəstəxanaya çatdırılarkən aqonal vəziyyətdə olub. Onun həyatını xilas etmək mümkün olmayıb.40 yaşlı kişinin içki düşkünü, alkoqol asılılığı (bomj) olub. O, 2014-cü ildən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublika Psixi Xəstəliklər Dispanserində qeydiyyatdadır.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Müxbir- Nail Əsgərov