İlyas İsmayıllı baş direktor təyin olundu

“AzerGold Uzbekistan” xarici investisiyalı MMC şirkətində Baş direktor vəzifəsinə təyinat olub.

Ölkə.az-ın xəbərinə görə, bu vəzifəyə İlyas İsmayıllı gətirilib.

Xatırladaq ki, İ. İsmayıllı ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

Qeyd edək ki, o, 1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. “Expo-2020”də əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb.