“Oların da çörəyi bundan çıxır yəqin, ona görə, bu yola əl atırlar…”
Bunu açıqlamasında tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov deyib.
Aktyor “Sizcə, niyə bu gün insanlar arasında səmimiyyət itib, etibar azalıb, qabağa getmək üçün bir-birinin ayağından çəkənlər çoxalıb?” sualını cavablandırıb:
“İndiki vaxtda buna insanların beyinlərinin, şüurunun inkişafı deyirlər. Yəqin ki, çoxu çalışır bu yollara əl ataraq qazansın, müəyyən vasitələrlə dolana bilsin. Əvvəllər belə şeylər nisbətən az idi. İnsanlar daha etibarlı, zəhmətkeş, sadə, xoş əqidəli, bir-birinə inamlı idi. Amma indi, əfsuslar olsun ki, bu xüsusiyyətlər azalıb, insanlar başqa cür düşünür. İndi onların da çörəyi bundan çıxır yəqin, ona görə… Təəssüflər olsun ki, bu da günümüzün acı reallığıdır”.