Rusiya bu ölkənin NATO-dan çıxmasını tələb edib? – Peskov

Finlandiyanın NATO-dan çıxarılması ilə bağlı heç bir tələb irəli sürülməyib.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, NATO üzvlərinin alyansı tərk etməsi məsələsi Əbu-Dabidə keçirilən danışıqların gündəliyində olmayıb.

“Xeyr, belə bir tələbdən xəbərim yoxdur. Heç bir tələb irəli sürülməyib. Bu məsələ, əlbəttə ki, müzakirə edilməyib”, – Peskov vurğulayıb.

Xatırladaq ki, Almaniyanın “Bild” nəşri nümayəndələrinin Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqlar zamanı Finlandiyanın NATO-dan çıxmasını, eləcə də alyansın Baltikyanı ölkələrdəki hərbi bazalarını tərk etməsini tələb etdiyini yazıb.