İstanbulda boğazın iki tərəfini birləşdirən 15 İyul Şəhidlər Körpüsünün Anadolu tərəfindəki girişində maraqlı hadisə baş verib.
Bu barədə Editor.az Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumata görə, kişi avtomobilini saxlayaraq, bir əlində tapança, digər əlində isə Türkiyə və Pakistan bayraqları ilə onun üzərinə çıxıb.
Hadisə yerinə polis qrupları göndərilib.
Kişinin bu hərəkətinin səbəbi hələlik məlum deyil. Araşdırma davam edir və məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.