Astara, 11 noyabr, AZƏRTACAstara rayonunda idarəetməni itirən “Qazel” aşıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib. Deqədi-Astara istiqamətində hərəkətdə olan marşrut “Qazel” Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.Qeyd edək ki, marşrutda 20-ə yaxın sərnişin olub. Faktla bağlı araşdırma aparılır. Müxbir- İlkin Adıyev