Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.
Qəza noyabrın 9-da rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Ağdam rayon sakini Elxan Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən Hindarx qəsəbə sakini 1988-ci il təvəllüdlü Elmin Rüstəmovu vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. 38 yaşlı kişi bu gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.