Biləsuvarda kişi hamamda qazdan boğuldu

Biləsuvarda kişi qazdan boğulub.

Hadisə Biləsuvar şəhəri M.Ə.Sabir küçəsində qeydə alınıb.

66 yaşlı Arif Xıdır oğlu Şirinov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.