Umerov Əbu-Dabidə danışıqların ikinci gününün necə keçəcəyinə aydınlıq gətirib

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov Əbu-Dabidə danışıqların ikinci gününün necə keçəcəyinə aydınlıq gətirib.

Umerov üçtərəfli görüşdən sonra Ukrayna nümayəndə heyətinin avropalılarla ayrıca görüşəcəyini bildirib.

"Əvvəlcə ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüş olacaq. Bundan sonra Avropa tərəfdaşları ilə ayrıca görüş keçiriləcək. Biz bunun üzərində işləyirik", - Umerov Telegram-da yazıb.

Rusiya nümayəndə heyəti isə danışıqlardan sonra mətbuat üçün açıqlama verməyi planlaşdırır.