“Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərməyə yaxındır.
Bu barədə BBC məlumat yayıb.
Mənbənin məlumatına görə, klub artıq 45 yaşlı ingilisin yerini tuta biləcək potensial namizədlərlə maraqlanır. Potensial namizədlər arasında Eddi Hou , Yulian Naqelsmann , Antonio Konte və Maurisio Poçettino da var.
54 yaşlı Poçettino2024-cü ildən ABŞ milli komandasına rəhbərlik edir və avqust ayında müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Lakin, BBC-nin məlumatına görə, müqavilədə argentinalının “müəyyən nüfuzlu təkliflər” səbəbindən vəzifəsindən ayrılmasına icazə verən maddələr var.
Bildirilir ki, “Yunayted”dən təklif olarsa, Poçettino ABŞ yığmasından imtina edəcək.