Bakı, 11 noyabr, AZƏRTAC Dünya üzrə hər üç qadın və qızdan biri (təxminən 1,5 milyard) siklon və quraqlıq kimi təhlükələrə yüksək dərəcədə məruz qalmanın qeyri-sabit iş yerləri və dərin gender bərabərsizliyi ilə birləşdiyi “iqlim qaynar nöqtələrində” yaşayır.AZƏRTAC xəbər verir ki, bu barədə BMT Qadınlar Təşkilatının Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqladığı yeni hesabatda deyilir. Təşkilatın “İqlim böhranı çağında gender bərabərliyi” adlı hesabatında qeyd olunur: “İqlim böhranı planetin həyatı üçün təhlükə yaradır, qadınları və qızları ən çox risk altında qoyan bərabərsizlikləri dərinləşdirir”.Hesabatda iqlim dəyişmələrinə ən az məsuliyyət daşıyan ölkələrdə qadın və qızların onun təsirlərindən ən çox zərər çəkdiyi müəyyən edilib. Qeyd olunub ki, hazırkı tendensiyalar davam edərsə, dünya 2050-ci ilə qədər 1,8°C istiləşməyə doğru gedir ki, bu da daha dəhşətli quraqlıq, daşqınlar, meşə yanğınları və siklonlarla nəticələnəcək.BMT Qadınlar Təşkilatı xəbərdarlıq edir ki, ən pis ssenaridə iqlim dəyişmələri əsrin ortalarına qədər 141 milyon əlavə qadın və qızı həddindən artıq yoxsulluğa sürükləyə bilər. Təşkilatın icraçı direktoru Sima Bahous bildirib: “Dünyanın hər yerində qadınlar artıq öz icmalarında, laboratoriyalarda, parlamentlərdə və iqlim böhranının ön cəbhələrində daha yaxşı gələcək uğrunda mübarizəyə liderlik edirlər. Qadınlara və qızlara bərabər hüquqlar, resurslar və liderlik gücü verməliyik və onlar dünyamızın təcili ehtiyac duyduğu dəyişikliyi həyata keçirməyə kömək edəcəklər”.Hesabata görə, 24 ölkədən əldə edilən məlumatlar göstərir ki, orta temperaturun 1°C artması qadınların ümumi gəlirlərinin kişilərə nisbətən 34 faizini itirməsinə səbəb ola bilər ki, bu da onların məhsul yığımı uğursuz olduqda qeyri-fermer işlərinə keçmək və ya miqrasiya etmək imkanlarının daha məhdud olması ilə əlaqədardır. İqlim dəyişmələri, həmçinin qadınların su və yanacaq toplamaq və fəlakətlərdən sonra ailə üzvlərinə qulluq etmək kimi ödənişsiz qayğı məsuliyyətlərini artırır.“İstiləşən dünyamız genderəsaslı zorakılığa səbəb olan mövcud amilləri də artıra bilər. Belə ki, 14 ölkədə uzun müddət davam edən həddindən artıq quraqlığa məruz qalma yeniyetmə qızlara və gənc qadınlara qarşı cinsi zorakılıq ehtimalının 21 faiz artması ilə əlaqələndirilib”, -deyə təşkilat vurğulayır. İqlim böhranı uşaq nikahlarına son qoymaq istiqamətində irəliləyişi də risk altına qoyur. Müvafiq məlumatların olduğu 46 ölkədən 24-də uşaq nikahlarının nisbəti daha quraq mühitlərdə rütubətli ərazilərə nisbətən daha yüksək olub. Eyni zamanda, süni intellekt (AI) texnologiyası enerji tələbatını artırsa da, 326 milyon qadın və qız hələ də elektrik enerjisinə çıxış imkanından məhrumdur.Hesabatda diqqətə çatdırılır: “Ölkələrin iqlim fəaliyyət planlarının 73 faizi qadın və qızların üzləşdiyi riskləri tanısa da, yalnız üçdəbirindən bir qədər çoxu onları hərtərəfli şəkildə həll edir. Qadınlar hələ də iqlim qərarlarının qəbul edilməsindən əsasən kənarda qalırlar, enerji portfellərinin yalnız 12 faizinə sahibdirlər, iqlimə yönəlmiş Rəsmi İnkişaf Yardımı təşkilatının isə yalnız dörd faizi gender bərabərliyinə üstünlük verir. Eyni zamanda, qadın ətraf mühit müdafiəçiləri öz icmaları və planet üçün mübarizə apardıqları üçün təqib və ya ölümlə üzləşirlər.
Bu gün
1739 xəbər bu gün
ABŞ Birləşmiş Millətlər Təşkilatında ölkələrin insan hüquqları vəziyyətinin qiymətləndirildiyi iclasda iştirak etməyib. Vaşinqton noyabrın 10-da Cenevrədə…
Türkiyənin Ərzurum şəhərində yüzlərlə qəbir yeri qazılıb. Qışda hava temperaturunun mənfi 30 dərəcəyədək düşdüyü şəhərdə torpağın…
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılması mümkün olmayıb. Yeni seçilmiş Knesset noyabrın…
Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən danışıqlarda hələlik nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb. Fransanın…
“Unibank”ın kredit ödənişləri ilə bağlı müştərilərin narazılığına səbəb olan məsələ gündəmə gəlib. Bankın bəzi müştəriləri artıq ödədikləri vəsaitin əsas borcdan…
Bakıda 30 yaşlı kişi dəm qazından boğulub.
Astrologiyaya görə, bəzi bürclər düşünmə qabiliyyəti, güclü analiz bacarığı və fərqli yanaşmaları ilə digərlərindən seçilir. Xüsusilə dörd bürc intellektual xüsusiyyətləri, çevik düşüncələri və hadisələrə fərqli…
Alimlər Taylandda təxminən 34 milyon il əvvəl yaşamış, çəkisi 30 kiloqrama çatan nəhəng gəmiricinin fosillərini aşkar ediblər. Bu kəşf iri gəmiricilərin təkamül tarixi ilə bağlı elmi təsəvvürləri dəyişə bilər. MakGill…
ABŞ-də United Airlines aviaşirkətinə məxsus təyyarədə bomba olduğunu iddia edən və pilot kabinəsinə daxil olmağa çalışan sərnişinin kimliyi məlum olub. Onun əvvəllər üç dəfə ABŞ sərhədini qanunsuz keçdiyi bildirilir…
Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları…
Gəncədə sərnişin avtobus işıqlandırma dirəyinə çırpılıb. Hadisə şəhərin Nizami prospektində baş verib. "Baku Buss" məxsus 5 nömrəli marşurut üzrə sərnişin avtobusun sürücüsü idarə etmədən çıxaraq yol kənarındakı…
"Əgər güzgüdə görüntünü dəyişib, reallığı dəyişməsək, ölkə daha innovativ görünə bilər — amma daha innovativ olmaz..." "Reytinq məqsəd deyil, elmi məhsuldarlığın nəticəsi olmalıdır..." "Azərbaycan elminin “göstərici…
"Korrupsiyaya qarşı effektiv mübarizəni təmin etmək üçün biz ilk növbədə hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində, ədliyyə sistemində çalışanların əməkhaqqısını artırmalıyıq. Əlbəttə, dövlət qulluqçularının…
Dövlət kənd təsərrüfatı istehsalından kəndlilərin istehsal etdiyi malları alıb və özü onun ixracını təşkil etsin və beləliklə kənd təsərrüfatı üçün də bu böyük stimula ola bilər…
Bakı. Trend: 6-10 noyabr tarixlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)…
Antalya. Trend: Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir. Trend-in xüsusi müxbiri xəbər verir ki…
Azərbaycan və Beynəlxalq Enerji Agentliyi (IEA) arasında əməkdaşlıq müzakirə olunub. Energetika Nazirliyindən verilən məlumatagörə, nazir Pərviz Şahbazov Antalyada COP31 çərçivəsində…
Məlum olduğu kimi, ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. Həmçinin internetə…
Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yol-nəqliyyat qəzasının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar…
Qətər tərəflərə fikir ayrılıqlarının diplomatik yolla həlli üçün əlavə vaxt vermək məqsədilə ABŞ-nin İrana hərbi zərbələrinin mümkün bərpasının ən azı iki həftə təxirə salınmasına nail olub. "The Jerusalem Post"un…
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatında (TDT) Rusiyaya müşahidəçi statusunun verilməsi təklifi mühüm bir sual doğurur: öz ərazisində yaşayan türk xalqlarının hüquqlarını və…
Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün…
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün…
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə …
Antalya, 11 noyabr, AZƏRTAC Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir. AZƏRTAC xəbər verir ki…
Bakı, 11 noyabr, AZƏRTACAzərbaycanın Avropanın və daha geniş coğrafiyanın enerji tələbatının ödənilməsində iştirak imkanları mərhələli şəkildə genişlənir. Bu prosesdə ölkənin yaxın qonşuları Gürcüstan və Ermənistan da…
Bakı, 11 noyabr, AZƏRTACUEFA Millətlər Liqasının D Divizionunun son turunda keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı…
Bakı, 11 noyabr, AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan soydaşlarımızla görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.Dövlət…
Antalya, 11 noyabr, AZƏRTAC Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində…
Marko Yankoviç yaxın müddətdə "Qarabağ"ı tərk etməyəcək. Bu barədə Ağdam klubundan "Apasport"a məlumat verilib. 31 yaşlı futbolçunun komandadan ayrılacağı barədə yayılan xəbərlərin əsassız olduğu bildirilib. Klub…