Sahil Babayev: "Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük"

"Bugünkü geosiyasi vəziyyəti qiymətləndirdikdə neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük".

Oxu.Az-a istinadən, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, fiskal çərçivənin qorunması, ortamüddətli dövr üzrə vahid fiskal intizamın və proqnozlaşdırmanın tətbiqi üçün biz konservativ yanaşma ilə 65 dollar proqnozunu rəhbər tutulub:

"Növbəti ildə orta illik inflyasiya 5.3% proqnozlaşdırılır, manatın dollara nisbətdə məzənnəsi isə 1.7 civarında müəyyən edilib".