Dələduzları ilk dəqiqələrdə belə tanımaq olar

Dələduzların telefon zənglərini söhbətin ilk dəqiqələrində müəyyən etmək mümkündür.

Bu barədə rusiyalı ekspert Aleksandra Pojarskaya "TASS"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, qarşı tərəfin telefonu söndürməyə icazə verməməsi, cəlbedici vədlər verməsi və ya qısa müddətdə fiziki zorakılıqla hədələməsi şübhə doğurmalıdır.

Pojarskaya belə hallarla qarşılaşdıqda söhbəti dərhal dayandırmağı və müvafiq təşkilata onun rəsmi telefon nömrəsi vasitəsilə yenidən zəng etməyi tövsiyə edib.