Monteneqro 2027-ci ildə Avropa İttifaqının üzvü ola bilər

Monteneqro 2026-cı ilin sonunadək Avropa İttifaqına (Aİ) qoşulmaqla bağlı danışıqları başa vura bilər.

Bu barədə Avropa Komissiyasının (AK) illik genişlənmə hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, danışıqlar uğurla başa çatarsa, Monteneqro 2027-ci ilin iyununda keçiriləcək sammitdə Aİ-yə qoşulmaq üçün saziş imzalaya bilər. Bütün üzv ölkələr sənədi təsdiqləsə, ölkə həmin ilin sonunadək ittifaqın 28-ci üzvü olacaq.

Bunun üçün Monteneqro Rusiyaya qarşı bütün sanksiya və viza məhdudiyyətlərinə tam qoşulmalıdır.