London, 4 noyabr, AZƏRTACAzərbaycan-Britaniya münasibətləri özünün ən güclü dövrünü yaşayır.AZƏRTAC xəbər verir ki, bu fikir Londonda keçirilən İkinci Azərbaycan-Britaniya Siyasət Forumunda səslənib. Britaniyadan və Azərbaycandan 70-ə yaxın diplomatı, ictimaiyyət nümayəndəsini, biznes nümayəndələrini bir araya toplayan Forumun açılış sessiyasında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən, Britaniya parlamentinin Lordlar Palatasının üzvü, hazırkı Leyborist hökumətində keçmiş nazir Lord Vajid Xan, bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Həmçinin Britaniyanın Bakıdakı səfiri Norman Dunkan tədbir iştirakçılarına videomüraciət edib.Səfir Elin Süleymanov bildirib ki, Azərbaycan və Britaniya münasibətləri zamanın sınağından keçib. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi qərarı da mövcud etibarlı tərəfdaşlığın məntiqi davamıdır. Britaniyanın Azərbaycandakı səfiri Norman Dunkan tədbir iştirakçılarına göndərdiyi videomesajda Forumun olduqca əhəmiyyətli bir vaxtda – Azərbaycan və Britaniya arasında strateji tərəfdaşlığın sürətlə inkişaf etdiyi və iki ölkə arasında müxtəlif sahələr üzrə daha dərin əməkdaşlığa imkan yaratdığı bir vaxtda keçirilməsinin önəminə diqqət çəkib. Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən Azərbaycana səfərlərini yada salıb. 2023-cü ildə ölkəmizə baş tutan səfəri zamanı azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə yaxından tanış olmaq imkanının yarandığını deyib. Bu xüsusda o, Britaniyanı Azərbaycanda mina fəaliyyətinə dəstək verməyə davam etməyə səsləyib.Hakim Leyboristlər partiyasından Britaniya parlamentinin Lordlar Palatasının üzvü, həmçinin parlamentdə Azərbaycan üzrə Qrupun üzvü Lord Vajid Xan Azərbaycanla bağlı müşahidə etdiyi ən vacib məqamın Azərbaycanın öhdəsinə götürdüyü bütün vədləri yerinə yetirməsinin olduğunu deyib. O, dünyanın yaşıl keçiddən danışdığı dövrdə Azərbaycanın bu xüsusda konkret addımlar atdığını, layihələr həyata keçirdiyini, COP29 tədbirini uğurla təşkil etdiyini söyləyib. bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iki ölkə arasında ənənəvi və alternativ enerji sahəsində həyata keçirilən layihələrdən bəhs edərək, Azərbaycan-Britaniya münasibətlərinin son üç onillikdən uzun bir müddətdə dəyişən reallıqlar fonunda uğurla təkamül etdiyini vurğulayıb. Açılış sessiyasından sonra tədbir panel müzakirələr formatında davam edib. Regional təhlükəsizlik kontekstində ikitərəfli münasibətlərə həsr olunan birinci panelə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Panel iclasda müvafiq geosiyasi reallıqların, kritik minerallarla bağlı ehtiyacların, Mərkəzi Asiya və Azərbaycanı birləşdirən C6 formatında əməkdaşlığın, Orta Dəhlizin, müdafiə və təhlükəsizlik mühitinin Azərbaycan-Britaniya münasibətlərini necə şəkilləndirdiyi müzakirə edilib. XLinks, Yaşıl Enerji Dəhlizi Şirkəti (GECO), Yaşıl Dəhliz Alyansının mütəxəssislərinin iştirakı ilə keçirilən Forumun ikinci paneli isə Azərbaycan və Britaniya arasında enerji əməkdaşlığının təkamülü – regional interkonnektor təşəbbüslərinin müzakirəsinə həsr olunub.Tədbirin bağlanış hissəsində Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tərəfdaşlıqlar üzrə rəhbəri Nərgiz İsmayılova çıxış edərək Forumun iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərinə nəzər salan əlverişli platforma təşkil etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün qarşılıqlı imkan və marağın mövcud olması Forum iştirakçılarının yekdil mövqeyidir. Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London
Bu gün
221 xəbər bu gün
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Cibuti Respublikasının əmək, rəsmiləşdirmə və sosial müdafiə naziri Yonis Ali Qedinin və Qvineya-Bisau Respublikasının dövlət idarəçiliyi, əmək və sosial təminat naziri…
ABŞ Dövlət katibi Marko Rubio vitse-prezident Cey Di Vens 2028-ci ildə dövlət başçısı postuna iddia etmək qərarına gələrsə, onu dəstəkləməyə hazır olduğunu bildirib. O, bu barədə "The New York Times" qəzetinə…
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan qarşıdakı oyunlar üçün heyətdə bir sıra dəyişikliklər etməyə hazırlaşır. Modern.az xəbər verir ki, “Foot Mercato”nun məlumatına görə, zədə səbəbindən Usman Dembele, Manu Kone…
Fransada məşhur rəssam Pablo Pikassonun restorandan oğurlanmış 6 qravürü tapılıb. Xüsusi əməliyyat zamanı 7 nəfərdən ibarət cinayətkar dəstə saxlanılıb.
Sabirabad, 6 noyabr, AZƏRTAC8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü ərəfəsində Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib.Mil-Muğan Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə…
Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya həbs edilib
ABŞ-ın müdafiə naziri Pit Heqset Konqres üzvlərinin onun istefasına nail ola bilməyəcəyini bildirib
Yeni Zelandiyanın Şimal adasının cənub-şərq sahillərində 50 pilot balina sahilə çıxıb. Pilot balinalar səhər tezdən aşkar edilib. Onların demək olar ki, hamısı ölü olub. Xilasedicilər…
Harvard Tibb Məktəbinin tədqiqatçılarının araşdırmasına görə, qaragilə (yaban mersini) beyin kimyasına və əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər. Day.Az xəbər verir ki, "The Journal of Nutrition, Health and Aging"…
51 красную карточку, а по некоторым данным 53, показал арбитр в матче молодёжных команд в Бразилии. Как передает Day.Az, это новый мировой рекорд. Игроки "Уберландии" и "Маморе" устроили массовую драку прямо на поле, к…
Alimlər günəş küləyi toqquşmalarının nə vaxt gözlənildiyini və hansı günlərdə xüsusi sağlamlıq tədbirləri tələb olunduğunu açıqlayıblar.
Kiçik ölçüsünə baxmayaraq, kətan toxumu orqanizm üçün faydalı maddələrlə zəngindir. Onun müntəzəm istehlakı həzm sisteminin fəaliyyətini yaxşılaşdıra, xolesterinin azalmasına və ürək sağlamlığının qorunmasına kömək edir…
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib. "TRT Haber"ə istinadən, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital…
ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkisində iştirak etmək üçün postunu tərk etməyi planlaşdırır.
Bakı, 6 noyabr, AZƏRTACUkraynada hərbi münaqişənin uzanması ölkənin ciddi demoqrafik problemlərlə üzləşməsinə səbəb olub.AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.Nəşrin…
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı genişmiqyaslı razılaşmanın əldə olunacağını bildirib. Donald Tramp açıqlamasında razılaşmanın yalnız Ukraynanı deyil, Avropanın digər…
Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda İtaliyanın “Komo” klubu səfərdə Fransanın “Lans” komandasını darmadağın edib – 9:1. Opta statistika portalının məlumatına görə, bununla da “Komo” avrokuboklarda tarixi…
Pentaqonun rəhbəri Pit Heqset amerikalı qanunvericilərin onun istefasına nail ola bilməyəcəklərinə əminliyini ifadə edib. O bu barədə "X" sosial şəbəkəsindəki videomüraciətində bildirib. "Narazı, məğlub olmuş konqresmen…
Günəşin səthində 2026-cı ilin ən böyük tac dəliklərindən biri formalaşıb. Alimlərin kosmosdan əldə etdiyi məlumatlara əsasən, temperaturun kəskin azaldığı bu nəhəng bölgənin diametri təxminən 1 milyon kilometrə çatır.
FİFA-nın İdarəetmə Komitəsinin keçmiş rəhbəri Migel Maduro hesab edir ki, Canni İnfantinonun prezident vəzifəsindən istefası təşkilatın mövcud problemlərini həll etmək üçün kifayət etməyəcək.
Evdə pul, zinət əşyaları və vacib sənədləri gizlətmək üçün istifadə olunan bəzi yerlər oğrular üçün heç də çətin tapılan məkanlar deyil. Yataq otağındakı komod və qarderoblar, dərman dolabları, mətbəxdəki ərzaq qabları…
Зимой смартфон лучше носить во внутреннем кармане куртки, чтобы защитить его от воздействия мороза. Об этом сообщает немецкое издание Chip, передает Day.Az со ссылкой на Lenta.ru. Журналисты медиа объяснили, что холод…
Nasdaq fond birjasının əsas indeksi bir ticarət sessiyası ərzində 5%-dən çox azalıb. Bu barədə ticarət platformasının məlumatlarında bildirilib. Məlumata görə, Nasdaq indeksi 1 313,42…
ABŞ prezidenti Donald Tramp Rusiyanın və ABŞ-ın təkcə Ukraynada deyil, bütövlükdə Avropada təhlükəsizlik məsələləri üzrə də razılaşmaya yaxın olduğunu düşünür
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə Ukrayna və Rusiya nümayəndə heyətlərini qəbul edib. Görüşdə Ukraynanı Ali Radanın İnsan Hüquqları üzrə müvəkkili Dmitri Lubinets və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri…
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ölüm cəzasına məhkum edilmiş bütün şəxslərin cəzalarının ömürlük həbslə əvəzlənməsi barədə qərar qəbul edib.
Portuqaliya milli komandasının baş məşqçisi Jorji Jezuş gənc futbolçulara nümunə olaraq milli komandanın məşq zalında Kriştianu Ronaldunun fotosunu yerləşdirdiyini bildirib.
Vaşinqton administrasiyası cümə axşamı Brüsseldə NATO müttəfiqləri və Ukrayna ilə "Avropanın təhlükəsizlik arxitekturası"na aid məsələlər üzrə məzmunlu məsləhətləşmələr aparıb. Bu barədə Amerika liderinin kürəkəni Cared…
Bakı, 6 noyabr, AZƏRTAC Martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri İsrailin hücumları nəticəsində Livanda 4390 nəfər həlak olub, 12 min 429 nəfər yaralanıb.AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Səhiyyə…
Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. Redaktor.az xəbər verir ki, “Associated Press“in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını…