Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

Ayasofiyada aparılan genişmiqyaslı bərpa və möhkəmləndirmə işləri çərçivəsində yeraltı tunellər, su kanalları, zirzəmilər və qədim dövrlərə aid edilən dörd otaqlı yeraltı məzarlıq (hipoje) üzə çıxarılıb.

Həyata keçirilən təmizlik prosesində indiyədək təxminən 3 min ton palçıq və tikinti qalığı çıxarılaraq İstanbulun tarixi su idarəetmə infrastrukturuna dair vacib məlumatlar əldə edilib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy elmi araşdırmalar, təhlükəsizlik və mühafizə tədbirləri tamamlandıqdan sonra yeraltı quruluşların uyğun bölmələrinin ziyarətçilərə açılmasının hədəfləndiyini bildirib.