Misli Premyer Liqasının XI turu "Zəfər turu" adlandırıldı

Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.

Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Bununla bağlı olaraq turun oyunlarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.