Bakı, 4 noyabr, AZƏRTAC44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən mühüm tarixi mərhələnin başlanğıcı oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri isə bu tarixi prosesin məntiqi yekunlarından biri kimi xalqımızın yaddaşına həkk olundu. Həmin əməliyyatda iştirak edən hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı və döyüş yoldaşlarının xatirəsi bu gün də Zəfər tariximizin ayrılmaz hissəsidir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Universitetinin akademik məsləhətçisi, antiterror tədbirlərinin iştirakçısı, qazi Tural Rzayev bildirib.O, 2023-cü il sentyabrın 19-da Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak etdiyini söyləyib. Qazinin sözlərinə görə, həmin gün onlara Şuşa-Xankəndi yolu istiqamətində yerləşən yeddi postun ələ keçirilməsi tapşırılıb: “Sentyabrın 19-da günorta saatlarında döyüşə hazırlaşdıq. Qarşımıza yeddi postun götürülməsi vəzifəsi qoyulmuşdu. Biz də həmin istiqamətdə hərəkət etdik. Əməliyyatın əsas məqsədi Xankəndi ətrafındakı mövqelərin nəzarətə götürülməsi, separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoyulması və ərazidə təhlükəsizliyin təmin edilməsi idi. Bu, hər birimiz üçün böyük məsuliyyət tələb edən bir tapşırıq idi. “Döyüşdən təxminən bir gün keçmişdi. Mövqedə dayanmışdıq. Həmin vaxt dron vasitəsilə üzərimizə minaatan mərmisi atıldı. Partlayış nəticəsində əsgərlərimizdən bir neçəsi qəlpə yarası aldı. Təəssüf ki, yanımızda olan bir gizirimiz şəhid oldu. Bu hadisə bizim üçün çox ağır idi. Döyüşdə çiyin-çiyinə vuruşduğun, eyni səngəri, eyni təhlükəni bölüşdüyün insanı itirmək sözlə ifadə olunmayacaq bir ağrıdır. Döyüş zamanı gözlənilmədən komandirimin nəşi ilə qarşılaşdım. Bu, mənim üçün son dərəcə ağır və sarsıdıcı an idi. Yaşadığım mənəvi sarsıntıya baxmayaraq, komandirimin nəşini çiynimə alaraq döyüş zonasından çıxardım. Həmin anı heç vaxt unuda bilmərəm. Çünki o, mənim üçün yalnız komandir deyil, həm də döyüş yolunda çiyin-çiyinə olduğum silahdaşım idi”, – deyə qazi bildirib. O qeyd edib ki, müharibə insanın yaddaşında yalnız atəş səsləri, döyüş səhnələri və hərbi əməliyyatlarla qalmır. Ən çox xatırlanan məqamlar döyüş yoldaşlarının fədakarlığı, bir-birinə dayaq olması və Vətən naminə göstərdikləri iradədir. Tural Rzayevin sözlərinə görə, həmin günlərdə hər bir hərbçini irəli aparan əsas qüvvə Vətən sevgisi, torpaqlarımızın azadlığına inam və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək əzmi olub. O, döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmamalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması və dövlət suverenliyimizin tam təmin olunması həmin mübarizənin nə qədər böyük tarixi əhəmiyyət daşıdığını bir daha göstərir. “Bizim üçün Zəfər Günü sadəcə təqvimdə qeyd olunan tarix deyil. Bu gün şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin fədakarlığı bahasına yazılmış tarixdir. Biz yaşadığımız hadisələri gələcək nəsillərə çatdırmalıyıq ki, onlar bu torpaqların hansı mübarizə və qurbanlar hesabına azad edildiyini bilsinlər. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların əmanəti olan Vətəni qorumaq hər birimizin mənəvi borcudur”, – deyə T.Rzayev əlavə edib. Onun sözlərinə görə, Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında təhsil müəssisələrinin, müəllimlərin və gənclərlə işləyən mütəxəssislərin də üzərinə mühüm vəzifələr düşür. Çünki Vətən sevgisi yalnız sözlə deyil, tarixi həqiqətlərin öyrədilməsi, milli yaddaşın qorunması və dövlətçilik dəyərlərinə bağlılığın aşılanması ilə formalaşır. Müxbir-Tünzalə Arazlı
Bu gün
3109 xəbər bu gün
Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin…
Səhiyyə naziri Anar Bayramov yeni vəzifəsində kadr dəyişikliklərinə başlayıb. Nazirin imzaladığı əmrlə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə…
Monteneqro 2028-ci ildə Avropa İttifaqının (Aİ) 28-ci üzvü ola bilər. Avropa Komissiyası ölkənin üzvlük danışıqlarını 2026-cı ilin sonunadək başa çatdırmasının və 2027-ci ilin iyununda üzvlük müqaviləsi imzalamasının…
Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Şahin Abbasov Nazirliyin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyinin…
Azərbaycanda fəaliyyət göstərən “TƏMİR BƏRPA-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib. Şirkət bununla bağlı kreditorlarına müraciət edib. Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini…
Bakı, 4 noyabr, AZƏRTAC Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu tarixi gələcək nəsillərə ötürməlidirlər. Bu fikirləri AZƏRTAC-a…
Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Respublikasında 2026-cı ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin, tarixi abidələrinin qorunması və…
Bakı, 4 noyabr, AZƏRTAC 2026-cı ilin üçüncü rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2313 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. AZƏRTAC bp-nin…
Quba, 4 noyabr, AZƏRTAC Qubada yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun asfaltlanmasına başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmir olunan…
Bakı, 4 noyabr, AZƏRTAC Bakıda ilk dəfə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (AIREX 2026) keçirilir.AZƏRTAC xəbər verir ki, sərginin rəsmi açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri…
Bakı, 4 noyabr, AZƏRTAC Noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı çərçivəsində ölkəmizdə…
Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Universitetində Qazaxıstanın ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün ikigünlük təkmilləşdirmə kursu təşkil olunub. Universitetdən AZƏRTAC-a bildirilib ki, Siyasi və…
Nəsillər: X-dən Alfaya qədər – sosial şəbəkələrdə bəyənmə və şərh davranışları nəsillərin özünüifadə formasını əks etdirir Bakı, 4 noyabr, AZƏRTAC Sosial şəbəkələr müasir cəmiyyətdə yalnız ünsiyyət vasitəsi deyil, həm də…
Bakı, 4 noyabr, AZƏRTAC Mövsümün ilk turundan çempionatın gərgin və maraqlı keçəcəyi hiss olunurdu. Artıq bunun canlı şahidi oluruq. Komandaların heç biri məğlub olmaq istəmir. Bu, həm yüksək hədəfləri olan, həm də…
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 5-i axşamdan 6-sı səhərədək güclü külək əsəcək.
Noyabrın 5-i axşamdan 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Redaktor.az-a Milli...
İranın ali lideri Müctəba Xamenei ABŞ-də keçirilən aralıq seçkilərindən sonra iki ölkə arasındakı münasibətlərin dəyişəcəyini gözləməməyə çağırıb. Bu barədə Xameneinin 1979-cu ildə...
Qazaxıstanın Ərzaq Korporasiyası Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə İsrail bazarına ərzaq buğdası tədarük etməyi təklif edib.
В Международном центре мугама состоялись концерты оркестра Virtuosos of Baku, объединившие на одной сцене романтику современной инструментальной музыки, ностальгию по любимому кинематографу и неповторимую атмосферу…
Индия и Азербайджан стремятся восстановить отношения и расширить сотрудничество в торговле, энергетике и транспортной сфере после периода напряженности. Особую роль в этом процессе могут сыграть международные…
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiqlənib. Bununla bağlı Xidmətin Kollegiyası qərar qəbul edib.
Свежую рыбу для роллов нельзя долго держать при комнатной температуре - при разделке бактерии начинают быстро размножаться. Об этом "Газете.Ru" рассказал звездный шеф-повар Александр Курятников, также известный как Сан…
Азербайджанский фуд-блогер myfoodchannell показала как приготовить мягкие пирожки с джемом и шоколадом. Как передает Day.Az, рецептом она поделилась на своей странице в Инстаграм.
Утверждены тарифы на услуги, предоставляемые Государственной службой специальной связи и информационной безопасности Азербайджана. Как передает Day.Az, соответствующее решение приняла коллегия Службы.
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə…
Популярная в 2000-х прическа вернулась в моду осенью 2026 года. Об этом сообщает журнал Vogue, передает Day.Az со ссылкой на Lenta.ru. Редакторы проанализировали прошедшие Недели моды и отметили, что трендом вновь стало…
Банковская система Азербайджана в настоящее время имеет возможность выдать дополнительно 4,6 миллиарда манатов кредитов без нарушения действующих нормативов.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin göstərdiyi internet xidmətləri üzrə tariflər təsdiqlənib. Bu barədə Xidmətin Kollegiyası qərar qəbul edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri…
“Azərbaycan heç bir dövlətin forpostuna çevrilməyən, öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdən suveren dövlətdir”. Bu sözləri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri…
Biləcəri qəsəbəsində yol boyu ucalan şam ağaclarının məhv olması sakinləri narahat edir. Onlar ağacların quruduğunu və ya kimlərsə tərəfindən bilərəkdən qurudulduğunu iddia edirlər. Çünki onlar əraziyə yaxın sahələrdə…
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekan seçiləcək. Modern.az-a istinadən, hazırda fakültənin dekanı olan Vüqar Zifəroğlunun vəzifəsindən ayrılacağı gözlənilir. 2017-ci ildən fakültəyə rəhbərlik…
Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib. “apa.az”a istinadən, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Şahin Abbasov Nazirliyin tabeliyindəki Dövlət Mülki…
Tovuz rayonunda ev yanıb. Hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Belə ki, birmərtəbəli fərdi yaşayış evində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb…
Qazaxıstanın Almatı şəhərində supermarketdə mühafizəçi ilə qalmaqal yaradan və “Qazaxıstan rus ölkəsidir” deyən şəxs 20 sutka inzibati həbsə məhkum edilib. “NewTimes.kz”ə istinadən, hadisə mühafizəçinin əlində enerji…
Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun daha 9 oyunu keçiriləcək. Azərbaycan çempionu "Sabah" Norveçdə "Vikinq"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Qarşılaşmanı İctimai…
Böyük Britaniya parlamentinin İcmalar Palatasında bu gün keçiriləcək həftəlik sual-cavab sessiyasında Baş nazir Endi Börnhemi Luiz Heyq əvəz edəcək. “Sky News”a istinadən, Börnhem Karib hövzəsində keçirilən Millətlər…
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə…
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiqlənib. Yeni qərar və təsdiq edilmiş qiymətlərlə bağlı ətraflı məlumatı oxuyun.
Maqsud Adıgözəlov Vasili Berezutskinin "Sabah"dan ayrılmasına münasibət bildirib. Əsas səbəb rusiyalı mütəxəssisin müstəqil fəaliyyət istəyi olub.
Yalovada faciəvi şəkildə vəfat edən məşhur türk müğənnisi Güllünün ölümü ilə bağlı istintaqda yeni detallar üzə çıxıb. Sənətçinin bacısı tərəfindən oğluna qarşı dəlilləri məhv etmək və gizlətmək ittihamı ilə cinayət işi…
Astroloqların proqnozlarına görə, noyabr ayında həm maddi baxımdan, həm də sevgi həyatında şanslı dövr yaşayacaq iki bürc var. Şir və Oxatan bürclərinin nümayəndələrini yeni fürsətlər, xoş tanışlıqlar və maliyyə…
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan! Sizi 8 Noyabr - Zəfər Günü …
Saatın əqrəbləri irəlilədikcə bizi “Vikinq” – “Sabah” matçına bir qədər də yaxınlaşdırır. Bəlkə də gecə saatlarında “bayquşlar”ın Çempionlar Liqasının liqa mərhələsində daha bir qələbə qazanmasını bayram edəcəyik…
Beynəlxalq futbol qurumu FIFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 22–30 oktyabr 2026-cı il tarixlərində ölkəmizdə keçirilmiş FIFA U-15 Dünya Çempionatı və Festivalında hakimliyin yüksək səviyyədə…
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Bakının daşınmaz əmlak bazarında son dövrlər fərdi yaşayış evləri seqmentində ciddi qiymət dəyişiklikləri müşahidə olunur. Ötən ayın statistik tahlillərinə əsasən, paytaxtda fərdi evlərin orta qiymətində 13,2 faizlik…
Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən stress təkcə insanın əhvalına və emosional vəziyyətinə deyil, həm də beynin fəaliyyətinə ciddi təsir göstərə bilər. İnsan stress keçirdikdə diqqətinin dağılması, fikirlərini…