Möhtərəm cənab Prezident,

Sizi Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr - Zəfər Günü və bu tarixi Qələbənin 6-cı ildönümü münasibətilə dərin hörmət, ehtiram və sonsuz qürur hissi ilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyiniz, sarsılmaz iradəniz və uzaqgörən sərkərdəlik məharətiniz sayəsində 30 illik həsrətə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Qazanılan bu möhtəşəm Qələbə yalnız hərbi zəfər deyil, Azərbaycanın müasir tarixində yeni bir inkişaf və qüdrət erasının başlanğıcı oldu.

Həyata keçirdiyiniz uğurlu daxili siyasət nəticəsində ölkəmizdə sabitlik, sosial rifah və milli həmrəylik daha da möhkəmlənmişdir, işğaldan azad olunmuş torpaqlarımızda qısa müddətdə aparılan genişmiqyaslı quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurla icrası Sizin Vətənimizə və xalqımıza olan dərin sevginizin əyani sübutudur.

Eyni zamanda, yürütdüyünüz çevik, məqsədyönlü və müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu zirvələrə qaldırmış, ölkəmizi regionun aparıcı dövləti və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanıtmışdır. Sizin prinsipial və cəsarətli mövqeyiniz hər bir azərbaycanlının qəlbini qürurla doldurur.

Zati-ali əri, bu əlamətdar bayram günündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, Müzəffər Ali Baş Komandan kimi müstəqil Azərbaycan Respublikasının işıqlı gələcəyi və inkişafı naminə fəaliyyətinizdə yeni-yeni böyük uğurlar arzulayıram.

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli olsun!

Dərin hörmət və ehtiramla,

Əmrah Həsənli,

Azərbaycan Respublikası, Abşeron rayonu.