ABŞ Prezidenti Donald Tramp respublikaçıların Konqresə aralıq seçkilərində məğlubiyyətini İranla müharibə fonunda yanacağın bahalaşması ilə əlaqələndirib.
Tramp ölkə iqtisadiyyatının göstəricilərini yüksək qiymətləndirsə də, benzinin bahalaşmasının seçicilərin mövqeyinə təsir etdiyini bildirib.
"Əslində, bizim ən güclü iqtisadiyyatımız var. İlk prezidentliyim dövründə iqtisadiyyat ən yaxşı vəziyyətdə idi, amma indiki onu xeyli üstələyir. Lakin benzinin qiymətinə görə insanlar bunu lazımınca hiss etmirlər. Benzin isə İrana görə bahalaşıb”, – o deyib.
Tramp demokratların "çılğın qanun layihələri”nə Ağ evlə kompromis axtarmağa başlayana qədər veto qoyacağını açıqlayıb.
O, adının seçki bülletenlərində olmadığını əsas gətirərək nəticələri şəxsi məğlubiyyəti saymadığını vurğulayıb. Prezident respublikaçıların məğlubiyyətindən sonra kabinetin tərkibini dəyişmək niyyətində olmadığını da bildirib.
Tramp həmçinin Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkiləri üçün namizədini müəyyənləşdirmək vaxtının çatdığını qeyd edib.