Kreml Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə cavab verib

Rusiya hələ Türk Dövlətləri Təşkilatına qoşulmaq üçün rəsmi dəvət almayıb.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edib.

"Başa düşdüyüm qədəri ilə rəsmi dəvət olmayıb, amma buna baxmayaraq, əlbəttə ki, bu mövzu, o cümlədən Astana ilə, Astanadan olan dostlarımızla əlaqələrimizin gündəliyində mütləq olacaq. Rusiyanın Türk Dövlətlərinin Təşkilatında iştirakına gəldikdə, bilirsiniz ki, Rusiyada xalqları tarixən türk olan bir sıra regionlar var. Ona görə də, əlbəttə ki, bu, tamamilə başa düşülən və məqsədəuyğun olardı. Məhz ayrı-ayrı Rusiya regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilmiş sammitində Rusiyanın təşkilata üzv və ya müşaidəçi qismində qatılmasını təklif edib.