Kreml Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə cavab verdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakını məqsədəuyğun və təbii hesab edir.

Bu barədə D.Peskov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin son təşəbbüsünü şərh edərkən bildirib.

Dmitri Peskov Rusiyanın bir sıra regionlarında türk xalqlarının yaşadığını və bu baxımdan ölkənin təşkilatın fəaliyyətində iştirakının məntiqli olduğunu deyib.

O qeyd edib ki, Rusiya hələ Türk Dövlətləri Təşkilatına qoşulmaq üçün rəsmi dəvət almayıb.